• MƏDƏNİYYƏT

    11:00 15 mart 2019

Bəhram Osmanov Şimali Osetiyada tamaşaya quruluş verib

Gənc Tamaşaçılar Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Bəhram Osmanov Şimali Osetiya-Alaniya Respublikasında yaradıcılıq səfərində olub.

ONA xəbər verir ki, rejissor Vladimir Txabsayev adına Osetiya Milli Akademik Dram Teatrı səhnəsində yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" pyesinə quruluş verib.

Osetin dilində oynanılan tamaşa son dərəcə maraqla qarşılanıb. Həmçinin orijinal quruluş, rejissor yozumu da sənətsevərlər tərəfindən yüksək qiymətləndirilib.

Tamaşanın təqdimatından sonra keçirilən müzakirələrdə yerli teatr tənqidçiləri səhnə əsərini Osetiya teatrı üçün yenilik hesab etdiklərini bildiriblər. Bəhram Osmanov uğurlu tamaşaya görə diplom və təşəkkürnamələrə layiq görülüb. Həmçinin Şimali Osetiya-Alaniya Respublikasının başcısı V.Bitarovun fərmanı ilə xüsusi diplom və “Osetiyanın himayədar ustadı” qızıl medalı ilə təltif olunub. Eyni zamanda rejissor Şimali Osetiya-Alaniya Respublikasının Milli Məclisinin deputatı, Heydər Əliyev adına "Azəri" Azərbaycan Milli Mədəniyyət Cəmiyyətinin rəhbəri Fuad Kazımov tərəfindən təşəkkürnamə ilə təltif edilib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR