• MƏDƏNİYYƏT

    10:32 2 aprel 2019

Ramiz Mirişlinin yaradıcılığına həsr olunmuş konsert keçirilib

Aprelin 1-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert bəstəkar, əməkdar incəsənət xadimi, xalq artisti Ramiz Mirişlinin yaradıcılığına həsr olunub.

ONA xəbər verir ki, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Konsertdə xalq artisti Teyyub Aslanov, əməkdar artistlər Almaz Orucova, Zakir Əliyev, Azərbaycan Televiziyası və Radiosunun solistləri – Kamilə Nəbiyeva, Sərxan Bünyadzadə, Zabitə Əliyeva, Ayşən Mehdiyeva və Rövşən Əziz çıxış ediblər.

Konsertin son nömrəsi olan “Sənsən ürəyim” Gülüstan Əliyeva, Almaz Orucova və Ayşən Mehdiyevanın ifasında səslənib.

İfaçıları xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR