• MƏDƏNİYYƏT

    07:03 6 noyabr 2019

Beynəlxalq Muğam Mərkəzində Şirvan aşıqlarının konserti olacaq

Beynəlxalq Muğam Mərkəzinin "Aşıq musiqisi axşamları" layihəsində Şirvan aşıqlarının konserti təqdim ediləcək.

AMEA-dan APA-ya verilən məlumata görə, Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin konserti noyabrın 8-də, saat 19:00-da keçiriləcək.

Aşıq musiqisi axşamları"nın budəfəki konsertində Şirvan aşıq məktəbinin nümayəndələri iştirak edir. Gecədə tanınmış aşıqlardan Əvəzxan Xankişiyev, Əli Tapdıqoğlu, Ağamurad Şirvanlı və digər sevilən aşıqların ifaları təqdim olunacaq.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilib.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir. Bu silsilədən "Muğam axşamları", "Dastan gecələri", "Etnik musiqi inciləri", "Aşıq musiqisi axşamları"nı qeyd edə bilərik.

ONA

Teqlər:

SON XƏBƏRLƏR