• MƏDƏNİYYƏT

    16:37 8 aprel 2019

Beynəlxalq Muğam Mərkəzində Süleyman Rüstəmə həsr olunmuş konsert keçirilib

Aprelin 8-də Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində şair, dramaturq, ictimai xadim Süleyman Rüstəmin yaradıcılığına həsr olunmuş konsert keçirilib.

ONA-nın məlumatına görə, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Konsertdə xalq artistləri Aygün Bayramova, Gülyanaq Məmmədova, əməkdar artistlər Ehtiram Hüseynov, Rəşad İlyasov, Bəyimxanım Vəliyeva, Azərbaycan Televiziyası və Radiosunun solistləri Elgiz Əliyev, Sədəf Budaqova, Rəvanə Əmiraslanlı və müğənni Aytən Məhərrəmova çıxış ediblər.

İfaçıları xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR