Birinci Vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib.
  • MƏDƏNİYYƏT

  • 12:10 18 Sentyabr 2020

Birinci Vitse-prezident Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib.

Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyeva 18 sentyabr - Milli Musiqi Günü münasibətilə paylaşım edib.

ONA xəbər verir ki, Mehriban Əliyeva Facebook səhifəsində bunları yazıb: “Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin qorunub saxlanılması, inkişaf etdirilməsi və dünyada tanıdılması naminə əlindən gələni əsirgəməyən hər kəsə səmimi təbriklərimi yetirir, onlara bu işdə böyük uğurlar və nailiyyətlər arzulayıram! Bu gün 135 illiyini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin əziz xatirəsini ehtiramla yad edirəm. Arzu edirəm ki, milli musiqimiz öz ənənələrini qoruyub saxlayaraq yeni səslərlə, yeni ifalarla və yanaşmalarla daim zənginləşsin!”

 

ONA

Teqlər: Milli Musiqi Günü

OXŞAR XƏBƏRLƏR