• MƏDƏNİYYƏT

    17:20 7 iyul 2019

Birinci vitse-prezident xalqımızı  Şəkinin tarixi mərkəzinin UNESKO-nun Dünya İrs Siyahısına salınması münasibətilə təbrik edib

"Azərbaycan xalqı milli mədəniyyətimizin, adət-ənənələrimizin, tarixi irsimizin təkrarolunmaz incilərini qoruyub saxlayaraq dünyada tanıdılması istiqamətində böyük nailiyyətlər əldə edib. Bu gün isə biz Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasını qeyd edirik”.

ONA-nın məlumatına görə, bunu bu gün Birinci vitse-prezident Mehriban Əliyeva “İnstagram”dakı akkauntunda yazıb.

M. Əliyeva bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR