• MƏDƏNİYYƏT

    11:42 17 aprel 2019

“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri elan olunub

Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri müəyyənləşib.

ONA xəbər verir ki, komissiyanın 9 üzvü tərəfindən müsabiqəyə təqdim olunan 29 pyesin mövzu, bədii və teatral baxımından dəyərləndirilməsi aparılıb, əsərlərə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilib.

Birinci yerə Firuz Mustafanın “Payız meşəsində vals”, ikinci yerə Cavid Zeynallının “Ölümə gedən”, üçüncü yerə isə Sevinc Nuruqızının “Al çobanyastığı ləçəkləri” pyesləri layiq görülüb.

Müsabiqənin I yer üzrə qalibinə 2000 (iki min), II yer üzrə qalibinə 1500 (bir min beş yüz) və III yer üzrə qalibinə 1000 (bir min) manat məbləğində pul mükafatı və nazirliyin xüsusi diplomu təqdim olunacaq.

Qaliblərin mükafatlandırılması mərasimi aprelin 30-u, saat 12:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında təşkil ediləcək.

Pyeslərin cari il ərzində xalq teatrları tərəfindən səhnələşdirilməsi nəzərdə tutulur.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR