• MƏDƏNİYYƏT

    15:50 8 may 2019

Bakıda Britaniya filmləri həftəsi keçiriləcək

Britaniyanın Azərbaycandakı səfirliyi və "Park Cinema"nın dəstəyi ilə British Council Bakıda beşinci Britaniya filmləri həftəsi keçirəcək.

ONA-nın məlumatına görə, mayın 17-də başlanan film həftəsi mayın 24-dək davam edəcək. Yeddi gün ərzində Alov Qüllələrində Britaniya istehsalı olan 7 film nümayiş olunacaq.

Bu filmlərin arasında "Dark River", "Obey", "The Happy Prince", "Disobedience", "On Chesil Beach", "Colette" və həmçinin 2019-cu ildə “ən yaxşı şəkil” üzrə Oskara namizəd göstərilmiş “The Favourite” filmləri də var.

Filmlərin biletinin qiyməti 2 AZN-dir.

Zümrüd

Teqlər:

SON XƏBƏRLƏR