• MƏDƏNİYYƏT

    13:04 26 fevral 2019

Bakıda Xocalıya həsr olunmuş sərgi açılıb

Bu gün “Art Tower” qalereyasında Xocalı faciəsinin 27-cı il dönümünə həsr olunmuş sərgi təşkil olunub.

ONA xəbər verir ki, sərgidə Nazim Məmmədovun və fransız rəssamı Reno Baltzingerin əsərləri nümayiş olunur.

Sərgi "Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası ilə birgə təşkil olunub.

Sərgi 26 fevral tarixindən etibarən 2 mart tarixinədək saat 11:00-17:00-dək açıq olacaq.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR