• MƏDƏNİYYƏT

    23:08 26 avqust 2020

Buker mükafatının qalibi müəyyənləşib

2020-ci ildə Beynəlxalq Buker mükafatının qalibi niderlandlı yazıçı Marika Lukas Reyneveld olub.

APA xəbər verir ki, bu barədə müsabiqənin saytında bildirilib.

Onun “Uyğunsuz axşam” romanı təqdim olunan 120 əsərdən ən yaxşısı seçilib.

Kitabda Niderlanddan olan Yas adlı qızdan və onun ciddi xristian fermer ailəsindən gedir. Əsərin qəhrəmanının qardaşının itməsi ilə ailəyə bədbəxtlik gəlir.

Kitab ictimailəşəndən sonra tez bir zamanda Niderlandda 55 000 nüsxə ilə satılıb və dünya ölkələrinin də diqqətini çəkib.

Müsabiqədə beş münsif 120 əl işini təhlil edib. Birinci yer üçün iddiaçılar arasında iranlı yazıçısı Şokufe Azar, argentinalı Qabriela Kamara, meksikalı Fernanda Melxor və alman Daniel Kelman da var.

Mükafatlandırma mərasimi əvvəlcə may ayı üçün planlaşdırılsa da, koronavirusla bağlı vəziyyətə görə təxirə salınmışdı.

ONA

Teqlər:

SON XƏBƏRLƏR