• MƏDƏNİYYƏT

    19:40 11 mart 2019

“Çapar” jurnalı təqdim edilib - FOTOSESSİYA

Martın 10-da Hədəf STEM Liseyində “Çapar” tarix dərgisinin və Dilqəm Əhmədin “Milliyyəti Türk” kitabının təqdimat mərasimi keçirilib.

ONA xəbər verir ki, təqdimatda professor Ədalət Tahirzadə, tarix elmləri doktoru Solmaz Tohidi-Rüstəmova başda olmaqla ölkənin tanınmış ziyalıları, jurnalistlər və oxucular iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Çapar” dərgisinin təsisçisi Yusif İlhamoğlu dərgi haqqında və “Çapar Yayınları” seriyasından çap edilən kitablar barədə geniş məlumat verib.

Daha sonra dərginin baş redaktoru Dilqəm Əhməd yeni çap olunan kitabı və tərtibçisi olduğu “Ergenekon bayramı” kitabı haqqında danışıb.

Təqdimatda Ə.Tahirzadə, S.Tohidi, Əkbər Nəcəf, Şəmil Sadiq və digər qonaqlar Azərbaycan tarixi, mədəniyyəti və ədəbiyyatı mövzusunda çıxış edib, “Çapar” dərgisinin Azərbaycan mətbuatında önəmli yer tutacağını bildiriblər. Hədəf STEM liseyinin qurucu-direktoru filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq 50 kitabdan ibarən “XAN” Nəşriyyatının çap etdiyi xatirə ədəbiyyatı dəstini “Çapar” dərgisinin kitabxanasına hədiyyə edib.

Tədbirdə D.Əhmədin kolleksiyasında olan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə aid nadir fotoşəkillər, sənədlər nümayiş etdirilib.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR