Milli Kitabxanada Cəfər Cabbarlıya həsr olunmuş elmi konfrans  keçirilib
  • MƏDƏNİYYƏT

  • 19:15 04 Aprel 2019

Milli Kitabxanada Cəfər Cabbarlıya həsr olunmuş elmi konfrans keçirilib

Milli Kitabxanada Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə birgə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans və professor Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimat mərasimi keçirilib.

ONA-nın bildirdiyinə görə, tədbirdə iştirak edən qonaqlar Milli Kitabxananın fondunda mühafizə olunan böyük dramaturqun əsərləri, tərcümələri, haqqında yazılmış 300-ə yaxın kitab və dövri mətbuat materiallarından ibarət “Cəfər Cabbarlı – 120” adlı geniş kitab sərgisi, fotosərgi və ekspozisiya ilə tanış olublar.

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli bildirib ki, C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətinin inkişafındakı misilsiz xidmətləri var. Akademik C.Cabbarlının həyatının və bədii fəaliyyətinin hələ də bilinməyən tərəflərinin olduğunu, professor Asif Rüstəmli tərəfindən yazıçının “Kazım bəy” əsərinin tapıldığını və Ədəbiyyat İnstitutu tərəfindən çapa hazırlandığını qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev  Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin formalaşmasında, təşəkkül tapmasında əvəzsiz xidmətlər göstərdiyini, Azərbaycan teatr tarixinə böyük töhfələr verdiyini söyləyib.

OXŞAR XƏBƏRLƏR