• MƏDƏNİYYƏT

    17:13 23 aprel 2019

Cəfər Rəmzinin “Deyilən söz yadigardır” topluları yeni tərtibatda çapdan çıxıb

XX əsrin görkəmli Azərbaycan tədqiqatçısı və şairi Cəfər Rəmzinin 1981 və 1987-ci illərdə nəşr olunmuş “Deyilən söz yadigardır” topluları yeni tərtibatda çapdan çıxıb.

ONA xəbər verir ki, kitabı nəşrə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal hazırlayıb.

Kitaba XIV-XX əsrlərdə Bakı və Abşeronda yaşayıb-yaratmış 170-dən çox şairin tərcümeyi-halı və əsərlərindən nümunələr daxildir.

Cəfər Rəmzinin Əlyazmalar İnstitutunda saxlanılan arxivindəki indiyədək nəşr olunmamış şeirləri, o cümlədən, toplularla bağlı C.Rəmziyə ünvanlanmış 4 məktubu topluya daxil edilib.

Kitabın redaktorları Qorxmaz Səfərov və Nəbibə Səfərova, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə, filologiya üzrə fəlsəfə doktoru Aytac Zeynalova və Qutiyera Cəfərovadır.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR