• MƏDƏNİYYƏT

    14:30 28 dekabr 2023

Çingiz Aytmatovun abidəsinin hazırlanması başa çatıb - FOTO

Görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin hazırlanması prosesi başa çatıb.

Azərbaycan Rəssamlar İttifaqı nəzdində İstehsalat Yaradıcılıq Kombinatının direktoru Baloğlan Hüseynov APA-ya açıqlamasında bildirib ki, kombinatda abidənin hazırlanma prosesi 2 ay çəkib:

"Hazırlıq prosesinin başa çatması ilə bağlı Mədəniyyət Nazirliyinə məlumat verilib".

Baloğlan Hüseynov abidə üçün 1,5 ton bürüncdən istifadə edildiyini də əlavə edib.

Xatırladaq ki, abidə Binəqədi rayonu Süleyman Sani Axundov küçəsi və Binəqədi şossesinin kəsişməsindəki parkda ucaldılacaq.

Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

Qeyd edək ki, Prezident İlham Əliyev Qırğızıstan Xalq yazıçısı Çingiz Aytmatovun Bakı şəhərində abidəsinin ucaldılması ilə bağlı Sərəncam imzalayıb.

Çingiz Aytmatovun abidəsinin hazırlanması prosesi başa çatıb - FOTO Çingiz Aytmatovun abidəsinin hazırlanması prosesi başa çatıb - FOTO Çingiz Aytmatovun abidəsinin hazırlanması prosesi başa çatıb - FOTO Çingiz Aytmatovun abidəsinin hazırlanması prosesi başa çatıb - FOTO Çingiz Aytmatovun abidəsinin hazırlanması prosesi başa çatıb - FOTO

ONA

Teqlər:

SON XƏBƏRLƏR