Rejissor Şamil Əliyevin “Çölçü” bədii filmi Hindistanda keçirilən “Crown Wood International” Film Festivalında “Ən yaxşı bədii film” və “Ən yaxşı rejissor” mükafatlarına layiq görülüb.
ONA xəbər verir ki, “Çölçü” filmi Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub.
Filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur.
Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkilib.
“Çölçü” filmi 5 qitəni əhatə edən 44 Beynəlxalq Kino Festivalında və forumlarında iştirak edərək, “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı aktrisa” və başqa mükafatlar qazanıb.