• MƏDƏNİYYƏT

    13:25 19 aprel 2019

Dirijor Rauf Abdullayev MDB-nin "Birliyin ulduzları" mükafatına layiq görülüb

Azərbaycanın xalq artisti, dirijor Rauf Abdullayev Müstəqil Dövlətlər Birliyinin (MDB) dövlətlərarası mükafatı olan "Birliyin ulduzları" mükafatına layiq görülüb.

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun mətbuat xidmətindən ONA-nın Moskva müxbirinə verilən məlumata görə, "Birliyin ulduzları" dövlətlərarası mükafatının Şurası 2018-ci il üçün humanitar mükafatın qaliblərini elan edib.

Bildirilib ki, bu il MDB-nin əsas humanitar mükafatına 9 ölkədən 14 nominant iddia edib. Münsiflər heyətinin qərarı ilə 11 nəfər "Birliyin ulduzları" mükafatına layiq görülüb.

Azərbaycandan bu il "Birliyin ulduzları" dövlətlərarası mükafatına Azərbaycan Dövlət Filarmoniyası Simfonik orkestrinin dirijoru, xalq artisti Rauf Abdullayev layiq görülüb.

Qeyd edək ki, "Birliyin ulduzları" dövlətlərarası mükafatı hər il MDB ölkələrindən olan humanitar fəaliyyətdə uğurlara imza atan şəxslərə verilir. Mükafatın məbləği 2 milyon Rusiya rublu (31 min ABŞ dolları) təşkil edir.

Fərid Əkbərov

Aytən

Teqlər:

SON XƏBƏRLƏR