Azərbaycan Dövlət Musiqili Teatrına və Azərbaycan Dövlət Rus Dram Teatrına “akademik” statusu verilib.
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Mədəniyyət Nazirliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.