• MƏDƏNİYYƏT

    13:57 18 mart 2019

Dünyanın ən bahalı poçt göyərçini rekord qiymətə satılıb

Dünyanın ən bahalı poçt göyərçini rekord qiymətə satılıb.

ONA-nın “Pipa” hərrac evinə istinadən verdiyi məlumata görə, Belçikada həyata keçirilən satış zamanı Çindən olan naməlum şəxs Armando adlı quşu 1,252 milyon avroya alıb.

Ötən gün keçirilən hərrac zamanı Belçikanın Flandriya bölgəsindən olan zavod ümumilikdə 2 milyon avroya 178 lələkli quş satıb.

Poçt göyərçinin orta sürəti saatda 90 km təşkil edir. Bu sürət saatda 150 km-ə kimi çıxa bilir. Göyərçin gündə 1,12 min km-ə qədər uça bilər.

Məlahət

Teqlər:

SON XƏBƏRLƏR