“Tahir İmanov və onların “KVN”in fəaliyyətindən xəbərdarıq. Onların konsertlərinin təşkili üçün hər dəfə Heydər Əliyev sarayında şərait yaradılıb”.
ONA xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, onlara dövlət heç bir məhdudiyyət qoymayıb.
“Onlara özəl şirkətlər tərəfindən məhdudiyyət qoyulmuşdu. Mən o şirkətlərə yalnız tövsiyyə edə bilərəm. Biz bilirik ki, apreldə onların konserti olacaq”, - deyə nazir bildirirb.
Ə. Qarayev özəl kanallarda bədii şuraların olmasını arzu etdiyini qeyd edib: “Şuralar verilişlərin keyfiyyəti, məzmunu haqqında müzakirə aparsın. Biz arzulayardıq ki, əyləncə proqramları ilə yanaşı, ciddi verilişlər də olsun”.