• MƏDƏNİYYƏT

    17:26 27 mart 2019

Əbülfəs Qarayev Parisdə UNESCKO-nun iclasında çıxış edib

Martın 27-də Parisdə UNESCO-nun İdarəetmə orqanlarının rəhbərlərinin iclası keçirilib.

ONA xəbər verir ki, UNESCO Baş Qərargahında keçirilən iclasda təşkilatın Baş Konfransının prezidenti Zahour Alaoui çıxış edib. O, iclasın əsas məqsədinin UNESCO-nun konvensiyalarının müvafiq idarəetmə orqanlarının işçi metodlarının, prosedurların və idarəetmə vəziyyətlərinə dair işçi qruplarının müvafiq tövsiyə və təkliflərinin müzakirə edilməsindən ibarət olduğunu bildirib.

Daha sonra Fiziki təhsil və idman, İdmanda anti-dopinq, Kommunikasiyanın inkişafı üzrə beynəlxalq proqram, İnformasiya hamı üçün beynəlxalq şurası, Hərbi münaqişə zamanı mədəni mülkiyyətin qorunması, Qeyri-maddi mədəni irsin qorunması, Mədəni özünüifadə müxtəlifliyinin qorunması, Təhsilin planlaşdırılması və digər sahələrə cavabdeh olan komitə və proqramların rəhbərləri çıxış ediblər.

Nazir Əbülfəs Qarayev isə Ümumdünya mədəni və təbii irsin Qorunması üzrə 1972-ci il konvensiyasının icrasına cavabdeh olan Dünya İrs Komitəsinin sədri kimi çıxış edərək əsas təkliflərin və tövsiyələrin 1972-ci il konvensiyasının idarə orqanlarının prosedur qaydaları, strukturu, tərkibi və mandatının səmərəliyinin artırılması ilə bağlı olduğunu qeyd edib. Sonra müzakirələr ayrı-ayrı konvensiyalar üzrə üzv ölkələrin sualları üzrə davam etdirilib.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR