Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ədalət Vəliyevin təltif edilməsi barədə sərəncam imzalayıb.
ONA xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasında mədəniyyət sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Ədalət Məqsəd oğlu Vəliyev 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, 60 yaşlı Ə.Vəliyev 2006-2018-ci illərdə mədəniyyət və turizm nazirinin müavini olub.