• MƏDƏNİYYƏT

    16:28 29 mart 2019

Məşhur fransız rejissor vəfat edib

Əfsanəvi fransız rejissor Aqnes Varda 90 yaşında vəfat edib.

ONA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Aqnes Varda “Yeni Dalğa axınının nənəsi” adlanırdı. O, 1950-ci illərdə kinematoqrafiyada “Yeni Dalğa” axınının meydana çıxmasında böyük rol oynayıb. Varda “Klero 5-dən 7-ə”, “Xoşbəxtlik”, “Jako və Nanta” kimi filmlərin müəllifidir. O, həm də Bernardo Bertoluççinin “Parisdə son tanqo” filminin ssenaristlərindən biri idi.

Aqnes Varda kinematoqrafiyada xidmətlərinə görə 2017-ci ildə fəxri “Oskar” mükafatına layiq görülüb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR