• MƏDƏNİYYƏT

    13:15 20 aprel 2019

“Əli və Nino” filminin İndoneziyada premyerası keçirilib

Aprelin 19-da İndoneziyada ənənəvi olaraq hər il keçirilən “Europe on Screen” (Avropa Ekranda) film festivalı çərçivəsində “Erasmus” sərgi mədəniyyət kompleksində Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə “Əli və Nino” filminin paytaxt premyerası keçirilib.

ONA-nın xəbərinə görə, cari ildə 18-30 apreldə keçirilən 19-cu “Europe on Screen” Film Festivalı ərzində Avropanın 27 ölkəsinin 100-dən çox tam və qısa metrajlı filmləri İndoneziyanın 8 böyük şəhərində nümayiş olunacaq. Festival zamanı “Əli və Nino” filmi İndoneziyanın Cakarta şəhərində 2 dəfə olmaqla, eləcə də Medan və Surabaya şəhərlərində ümumilikdə 4 dəfə nümayiş olunacaq.

Filmin paytaxt Cakartadakı premyerası zamanı nümayişdən əvvəl çıxış edən Azərbaycanın İndoneziyadakı müvəqqəti işlər vəkili Ruslan Nəsibov filmin Qurban Səidin 33 dilə tərcümə edilmiş eyni adlı romanı əsasında çəkildiyini və ilk dəfə 1937-ci ildə işıq üzü gördüyünü bildirib. O, qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu film “Əli və Nino” arasındakı ülvi məhəbbətlə yanaşı, Azərbaycanda bir əsr əvvəl baş vermiş tarixi hadisələrdən, xüsusilə xalqımızın müstəqillik mübarizəsindən bəhs edir.

Film kinosevərlər tərəfindən olduqca böyük maraqla qarşılanıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR