Elza Seyidcahan Heydər Əliyev adına Sarayda konsert verib
  • MƏDƏNİYYƏT

  • 21:58 28 Aprel 2019

Elza Seyidcahan Heydər Əliyev adına Sarayda konsert verib

Aprelin 28-də Heydər Əliyev adına Sarayda əməkdar artist Elza Seyidcahan konsert proqramı ilə çıxış edib.

ONA xəbər verir ki, "Sənə bənzər" adlanan konsert proqramı Elza Seyidcahanın 25 illik səhnə fəaliyyətinə həsr olunub.

İmadəddin Nəsiminin qəzəlinə bəstələnmiş mahnı ilə açılan konsert proqramı, daha sonra Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeirinə bəstələnmiş eyni adlı musiqi nömrəsi və canlı ifalarla davam edib.

Elza Seyidcahan sevilən mahnıları ilə yanaşı, yeni bəstələrini də səsləndirib. Konsertdə, həmçinin "Azərbaycanın səsi" yarışmasının qalibləri muğam parçaları ilə çıxış ediblər, müğənninin bacısı Rasimə Seyidcahan isə musiqi nömrələri ifa edib. Azərbaycan Dövlət Pantomima Teatrının aktyorları da səhnədə yer alıblar. Konsert proqramı əməkdar artist Hüsniyyə Mürvətovanın səsləndirdiyi şeir parçaları ilə daha da rəngarəng olub.

Konsertdə Elza Seyidcahanı Qara Qarayev adına Dövlət Kamera Orkestri müşayiət edib.

Mirmehdi Ağaoğlu

Teqlər: Elza Seyidcahan konsert

OXŞAR XƏBƏRLƏR