Əməkdar artist Baloğlan Əşrəfov dəfn olunub
  • MƏDƏNİYYƏT

  • 10:11 27 Aprel 2021

Əməkdar artist Baloğlan Əşrəfov dəfn olunub

Əməkdar artist Baloğlan Əşrəfov dəfn olunub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 70 yaşında vəfat edən Baloğlan Əşrəfov bu səhər doğulduğu Bədəlan kəndinin qəbiristanlığında, atasının məzarının yanında torpağa tapşırılıb. Pandemiya tədbirləri ilə əlaqədar xüsusi vida mərasimi təşkil olunmayıb.

O, bir neçə həftə əvvəl koronavirusa yoluxmuşdu və ev şəraitində müalicə alırdı.

Baloğlan Əşrəfov 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində doğulmuşdu. O demək olar ki, Azərbaycanın bütün rayonlarında el şənliklərində , həmçinin dünyanın bir sıra ölkələrində - Türkiyə, İraq, Almaniya və MDB ölkələrinin böyük şəhərlərində konsert proqramları ilə çıxış edib. 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb. Elə həmin ildə qaraciyər sirrozundan əziyyət çəkən sənətkara Türkiyədə qaraciyər köçürülmüşdü.

Allah rəhmət eləsin.

ONA

Teqlər: Baloğlan Əşrəfov

OXŞAR XƏBƏRLƏR