Aprelin 12-i, saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində mərakəşli pianoçu Maruan Benabdallah konsert proqramı ilə çıxış edəcək.
ONA-nın xəbərinə görə, “Arabaesque” konsert proqramı Mərakeş səfirliyinin “Frankofoniya həftələri” layihəsi çərçivəsində keçirilir.
Layihənin məqsədi dinləyicilərin klassik musiqiyə marağını artırmaq məqsədi daşıyır.
Maruan Benabdallah uşaq yaşlarından Almaniya, Avstriya, Çin, İspaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliyada konsert proqramları ilə çıxış edib. İsrailin Tel-Əviv şəhərindəki Arthur Rubinstein Master müsabiqəsində mükafat qazanıb, Bela Bartok Konservatoriyasında və Budapeştdə Ferens Liszt Akademiyasında təhsilini artırıb, 2008-ci ildə Macarıstan Parlamentinin medalı ilə təltif edilib.