Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan ərəbdilli yazılı abidələrin IV cild kataloqu rus dilində çapdan çıxıb.
ONA-nın məlumatına görə, kataloqa XIV-XX əsrlərdə müxtəlif şərq ölkələrində köçürülmüş 590 əlyazmanın təsviri daxildir.
Əlyazmalar elmin müxtəlif sahələrini – qrammatika, ədəbiyyatşünaslıq, fiqh, tarix, poetika, fəlsəfə və astronomiyanı əhatə edir.
Kataloq kitabının tərtibçisi filologiya üzrə elmlər doktoru, professor Kamandar Şərifov, elmi redaktoru akademik Teymur Kərimlidir.