ƏSA Teatrı “Adamlar və siçanlar”ı yenidən təqdim edəcək
  • MƏDƏNİYYƏT

  • 12:18 24 Aprel 2019

ƏSA Teatrı “Adamlar və siçanlar”ı yenidən təqdim edəcək

Aprelin 29-da ƏSA Teatrının təqdimatında “Adamlar və siçanlar” tamaşası yeni interpretasiyada təqdim olunacaq.

ONA-nın məlumatına görə, teatın baş meneceri Nicat Qulam tamaşanın Gənc Tamaşaçılar Teatrının səhnəsində nümayiş olunacağını bildirib.

Baş menecerin sözlərinə görə, modern dünya trendlərini yerli auditoriyaya çatdırmaqla yanaşı, inklüiziv incəsənətin sərhədsiz olduğunu göstərmək niyyətindədirlər: “Bu dəfə tamaşanın qəhrəmanları öz azadlıqları naminə fermadan qaçmağı planlaşdırırlar. Qəhrəmanların başlarına gələcək gözlənilməz hadisələri tamaşanı izləməklə biləcəksiz”.  

“Adamlar və siçanlar-3. Fermadan qaçış” adlanan tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.

Biletləri şəhərin bütün kassalarından, iTicket.az onlayn satış saytından və ASAN Xidmət Mərkəzlərindən əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR