• MƏDƏNİYYƏT

    12:44 18 mart 2019

ƏSA Teatrı fəaliyyətini dayandıra bilər

Azərbaycanın ilk və tək inklüziv teatrı olan ƏSA Teatrı fəaliyyətini dayandıra bilər.

Bu barədə ONA-ya teatrın baş meneceri Nicat Qulam verib.

O bildirib ki, ötən il dekabrın 3-də Akademik Musiqili Teatrının səhnəsində təqdim etdikləri “Göy quş” tamaşasının nümayişindən ötən bu müddət ərzində dəfələrlə cəhd etsələr də, tamaşalarını nümayiş etdirə bilməyiblər: “ƏSA Teatrı müxtəlif dövlət və özəl qurumların dəstəyi ilə layihələr icra edib – tamaşalar hazırlayıb. Bir neçə aylıq çəkən layihələrin icrası yekunlaşdıqdan sonra teatrda yenidən maliyyə problemləri yaranıb. Teatrın saxlanılması üçün məkan icarəsi, məşqlərin keçirilməsi üçün səhnənin olmaması, əlilliyi olan aktyorların məşqlərə gəlib-getmələri üçün nəqliyyat problemi və sair bu kimi ciddi həllini gözləyən vacib sosial problemlər fəaliyyətimizə öz mənfi təsirini göstərir. Digər tərəfdən, tamaşaların nümayişi üçün teatr binasının tapılmaması da zəruri problemlərdəndir. Müxtəlif dövlət və özəl qurumlara dəstək üçün müraciət etsək də hələ ki, effektiv nəticəsi olmayıb. Buna görə də ƏSA Teatrı öz fəaliyyətini dayandırmaq məcburiyyəti qarşısında qalıb.”

Nicat Qulam bildirib ki, aprelin 11-də ƏSA Teatrı Con Steynbekin “Adamlar və siçanlar 3 – Fermadan qaçış” tamaşasını nümayiş etdirməyi planlaşdırır. Baş menecerin sözlərinə görə, bunun üçün teatr binası axtarılır.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR