• MƏDƏNİYYƏT

    01:49 15 may 2019

"Eurovision-2019" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb

İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı başlanıb.

ONA-nın verdiyi xəbərə görə, müsabiqənin birinci yarımfinalında 17 ölkənin - Kipr, Çernoqoriya, Finlandiya, Polşa, Sloveniya, Çexiya, Macarıstan, Belarus, Serbiya, Belçika, Gürcüstan, Avstraliya, İslandiya, Estoniya, Portuqaliya, Yunanıstan və San-Marinonun təmsilçiləri çıxış edirlər.

Azərbaycan təmsilçisi Çingiz Mustafayev “Truth” mahnısı ilə mayın 16-da keçiriləcək ikinci yarımfinalda 18-ci nömrə altında səhnəyə çıxacaq.

Müsabiqənin finalı mayın 18-də olacaq.

ONA

Teqlər:

SON XƏBƏRLƏR