İsrailin Təl-Əviv şəhərinin Sərgi Mərkəzində “Eurovision-2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başlayıb.
ONA-nın verdiyi xəbərə görə, "Dare to Dream" ("Arzulamağa cürət et") şüarı altında təşkil olunan müsabiqədə ölkəmizi təmsil edən Çingiz Mustafayev “Truth” mahnısı ilə birincilik uğrunda mübarizə aparır.
Yarışmada ümumilikdə 42 ölkə iştirak edib ki, onların da iyirmisi finala çıxıb. İkinci yarımfinalda təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə 18-ci nömrə altında səhnəyə çıxıb və finala vəsiqə qazanıb.
Çingiz Mustafayevlə yanaşı, Yunanıstan, Belarus, Serbiya, Kipr, Estoniya, Çexiya, Avstraliya, İslandiya, San-Marino, Sloveniya, Şimali Makedoniya, Niderland, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta təmsilçiləri də birincilik uğrunda mübarizə aparır.