• MƏDƏNİYYƏT

    13:35 9 aprel 2019

Fazil Mustafa: “Kitab və çap məhsulları vergidən azad edilməlidir”

“Kitab və çap məhsulları vergidən azad edilməlidir”.

ONA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa söyləyib.

F.Mustafa təəssüflə qeyd edib ki, Prezident İlham Əliyevlə görüşdə mədəniyyət xadimlərindən heç kim kitab və çap məhsulları sahəsində 18 faiz əlavə dəyər vergisinin ləğv olunmasını təklif etməyib: “Halbuki Gürcüstan belə bu vergini ləğv edib”.

Millət vəkili yaradıcı insanların problemləri məsələsinin qaldırılmalı olduğunu vurğulayıb: “Məsələn, mən demirəm ki, Musa Yaquba, Ramiz Rövşənə niyə xalq şairi, Süleyman Abdullayevə xalq artisti adı verilmir. Əslində onlar xalq şairi, xalq yazıçılarıdır. Ancaq bu gün Musa Yaqub ağır durumdadır, yardım istəyir, amma ona kimsə yardım etmir. Biz yaradıcı insanlara zamanında dəyərini verməliyik”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR