Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının X qurultayı keçirilib.
APA-nın məlumatına görə, əvvəlcə İttifaqa 21 nəfərlik yeni İdarə Heyəti seçilib.
Daha sonra açıq səsvermədə qurultay iştirakçıları Xalq artisti Firəngiz Əlizadəni yenidən 5 il müddətinə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinə sədr seçiblər.
Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqının sonuncu qurultayı 2012-ci ildə keçirilib. F. Əlizadə 2007-ci ildən İttifaqın sədridir.