Gənc azərbaycanlı rejissorun filmi Türkiyədə mükafat qazanıb
  • MƏDƏNİYYƏT

  • 19:05 09 Mart 2019

Gənc azərbaycanlı rejissorun filmi Türkiyədə mükafat qazanıb

Gənc azərbaycanlı rejissorun filmi Türkiyədə əsas mükafata layiq görülüb.

ONA-nın məlumatına görə, Gənc Sinemaçılar Klubunun üzvü rejissor Orxan Ağazadənin “Oturacaqlar” filmi Türkiyədə keçirilən “VII Changing Perspectives” Qısa Film Festivalının əsas mükafatı olan “Potluck” mükafatına layiq görülüb. 

Azərbaycan və İngiltərənin birgə istehsalı olan "Oturacaqlar" filmi keçmişin, köhnəlmiş ənənələrin yükünü daşımağa məcbur qalan insanlardan bəhs edir.

Filmdə Səyyad Əliyev, Zülfiyyə Nəzər Məmmədova, İskəndər Abbasov və başqaları çəkiliblər.

Orxan Məmmədli

Teqlər: gənc rejisssor Orxan Ağazadə festival

OXŞAR XƏBƏRLƏR