• MƏDƏNİYYƏT

    17:44 17 may 2019

Gənc rəssam Səmayə Ələkbərovanın fərdi sərgisi açılacaq 

Mayın 21-də saat 19:00-da İçərişəhərdə yerləşən Dördbucaqlı Qalada (Art Tower) gənc rəssam Səmayə Ələkbərovanın “Doğulduğum torpaq” adlı ilk fərdi sərgisi açılacaq.

ONA-nın məlumatına görə, sərgi Heydər Əliyev Fondunun dəstəyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Sərgidə müəllifin uşaqlıqda çəkdiyi natürmort və peyzaj janrlarında olan rəsmləri ilə yanaşı yaxın keçmişdə təsvir etdiyi “Nar”, “Qız Qalası”, “Neft buruqları”, “Xəzərdə gəmilər” və s. əl işləri daxil olmaqla 15 əsər yer alacaq.

Sərgi iki gün davam edəcək.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR