Gənc Tamaşaçılar Teatrında yazıçı-dramaturq Pərvinin “Mən öləndə, ağlama” pyesi əsasında yeni mono-tamaşa hazırlanıb.
ONA xəbər verir ki, mono-tamaşanın rejissoru Ayla Osmanovadır.
Səhnə əsərində Leyla obrazını aktrisa Səbinə Məmmədova canlandırır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova, səhnə tərtibatı Reyhan Aslanovaya aiddir.
“18+” olan tamaşa gənc və gözəl Leylanın taleyindən bəhs edir. “Mən öləndə, ağlama” tamaşasının premyerası martın 29-u saat 19:00-da Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində baş tutacaq.