• MƏDƏNİYYƏT

    12:20 3 aprel 2019

Gənc Tamaşaçılar Teatrında Beynəlxalq uşaq kitab gününə həsr olunmuş tədbir keçirilib

Aprelin 2-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə beynəlxalq uşaq kitab gününə həsr olunmuş kitab və rəsm əsərlərindən ibarət sərgi açılıb.

ONA xəbər verir ki, uşaq yazıçıları Zahid Xəlil, Reyhan Yusifqızı, Solmaz Amanova, Sevinc Nuruqızı, Elvira Məmmədli, uşaq ədəbiyyatı tədqiqatçısı Fizuli Əsgərlinin iştirak etdiyi tədbirdə Azərbaycan və dünya uşaq ədəbiyyatı nümunələrindən ibarət 200-dən çox kitab nümayiş olunub.

Tədbirdə çıxış edən kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova deyib ki, sərginin əsas məqsədi uşaqların mütaliəyə və kitaba olan marağını artırmaqdır: “1953-cü ildən məşhur Danimarka yazıçısı Hans Xristian Andersenin doğum gününün beynəlxalq uşaq kitab günü kimi qeyd edilir. Məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir”.

Sonra Andersenin “Qar kraliçası” tamaşası nümayiş olunub.

Qeyd edək ki, tamaşanın rejissoru Elşad Rəhimzadədir.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR