Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır
  • MƏDƏNİYYƏT

  • 17:11 18 Aprel 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Gənc Tamaşaçılar Teatrında Xalq artisti Ağaxan Salmanlının ssenarisi əsasında “Möcüzəli pillələr” tamaşasına quruluş verilir. 

ONA xəbər verir  ki, “Möcüzəli pillələr” uşaqlar üçün qurulan əsərdir. 

“Möcüzəli pillələr” tamaşasının əsas məqsədi uşaqları teatr mühiti ilə, tamaşanın qurulması prosesi ilə tanış etməkdir. Belə ki yarıbədii, yarı praktik tamaşada uşaqlar özləri də prosesin iştirakçılarına çevriləcəklər. 

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Musiqi tərtibatı Şamxal Novruzluya, rəqslərin quruluşu Nailə Məmmədzadəyə aiddir. Səhnə əsərində aalq artisti Ağaxan Salmanlı, Mirsənan Kazımlı, Yusif Dadaşov, Ramil Məmmədov, Anar Seyfullayev, Elşən Şıxəliyev, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Müşfiq Əliyev, Anar Səfiyev, Xaliq Bəkirov, Səbinə Məmmədova, Aygün Fətullayeva, Bəhram Həsənov, Nurlan Süleymanlı iştirak edirlər.  

Qeyd edək ki, “Möcüzəli pillələr”in təqdimatı may ayına nəzərdə tutulub.  

OXŞAR XƏBƏRLƏR