• MƏDƏNİYYƏT

    18:40 9 iyun 2019

Gəncə xanlığının tarixi bayrağının nüsxəsi hazırlanıb

Rusiyanın Sankt-Peterburq şəhərində qədim Gəncə xanlığının tarixi bayrağının bərpa edilmiş nümunəsi Gəncə şəhərinə gətirilib.

ONA-nın yerli bürosunun məlumatına görə, bayraq “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun sifarişi ilə orijinal bayrağın əsasında hazırlanıb.

Cavad xan dövrünə aid olan bayrağın üzərindəki ornamentlər bayrağın əslində göstərilən şəkildə hazırlanıb. Bayrağın yuxarı hissəsində müasir Gəncənin gerbinə çevrilmiş aypara simvolu, altında Azərbaycan bayrağında öz əksini tapmış səkkiz guşəli ulduz simvolu yer alıb. 174 x127 sm ölçüdə, dördkünc formada, ipək parçadan hazırlanmış Gəncə xanlığının bayrağı “Cavad Xan” Tarix və Mədəniyyət Fondunda, o cümlədən Gəncə Tarix Diyarşünaslıq muzeyində saxlanılacaq.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR