Ermənistan Silahlı Qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində yaxınının ölüm xəbərini alan qadının fotosu Türkiyədə “İlin media fotosu” seçilib.
APA-nın xəbərinə görə, “Sabah” qəzetinin müxbiri Uğur Yıldırım qadının raket atəşi nəticəsində yaxınının ölüm xəbərini alması anını çəkib.
Bu foto Türkiyədə “İlin media fotosu” nominasiyasının qalibi olub.