• MƏDƏNİYYƏT

    17:26 6 fevral 2022

Göyçayda iki qəza olub, 4 nəfər xəsarət alıb - FOTO

Göyçay şəhəri ərazisində bir gündə iki yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın xəbərinə görə, Bakı-Şamaxı-Yevlax yolun Göyçay şəhərindən keçən hissəsində, işıqforun altında "VAZ 2107", "Ford" və "Chevrolite" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib. Hadisə zamanı "VAZ 2107"-nin sürücüsü İrşad Salmanov və başqa bir nəfər xəsarət alıb.

Göyçay-Ucar yolunda "Opel" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində isə sürücü Kamran Novruzov və sərnişini Vüsal Əhmədov ağır xəsarət alıblar. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. Kamran Novruzovun reanimasiya şöbəsində koma vəziyyətində olduğu bildirilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR