Prezident İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.
ONA-nın məlumatına görə, sərəncamda bildirilir ki, 2019-cu ilin mart ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.
Bu münasibətlə Mədəniyyət Nazirliyinə Hacıbaba Hüseynovun 100 illik yubileyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.