Heydər Əliyev Mərkəzində “Qaratoxmaq qadın” təqdim olunub
  • MƏDƏNİYYƏT

  • 10:46 17 Aprel 2019

Heydər Əliyev Mərkəzində “Qaratoxmaq qadın” təqdim olunub

Heydər Əliyev Mərkəzində Rusiya Federasiyasının xalq artisti Yevgeni Knyazevin “Qaratoxmaq qadın” monotamaşası təqdim olunub.

ONA xəbər verir ki, tamaşa rus şairi Aleksandr Puşkinin “Qaratoxmaq qadın” mistik povestinin motivləri əsasında hazırlanıb.

Y.Knyazev səhnədə yalnız German obrazını deyil, Liza, Qrafinya rollarını da oynayıb.

Y.Knyazev tanınmış teatr və kino aktyorudur. O, teatr məktəbində təhsilini başa vurduqdan sonra 1982-ci ildə Moskvada Y.Vaxtanqov adına Teatrda fəaliyyətə başlayıb, 1996-cı ildə həmin teatrda “Qaratoxmaq qadın” tamaşasında German rolunu oynayıb. 

Əsərə Pyotr Fomenko quruluş verib. 

OXŞAR XƏBƏRLƏR