• MƏDƏNİYYƏT

    20:19 6 may 2020

"İçərişəhər" DTMQİ incəsənət-xeyriyyə layihəsindən əldə olunan vəsaiti Koronovirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəssamlara və koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək məqsədi ilə incəsənət-xeyriyyə layihəsi həyata keçirib.

"İçərişəhər" DTMQİ-dən APA-ya verilən məlumata görə, layihə çərçivəsində Bəhruz Kəngərli, Sayalı Məmmədova, Orxan Qarayev, İmran Mehdiyev və Vüsalə Ağarzayevanın daxil olduğu bir qrup azərbaycanlı rəssama dünyada koronavirusla bağlı mövcud vəziyyəti əks etdirən rəsm əsərləri sifariş edilib.

Əsərlər İdarənin səhifəsində təşkil olunan xüsusi qapalı auksionda onlayn satışa çıxarılıb. Auksion 30 aprel tarixində başa çatıb və əsərlərin hər biri satılıb.

Auksiondan əldə olunan vəsait "İçərişəhər" DTMQİ tərəfindən tam olaraq Koronovirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR