İyulun 23-də Bakıda İran yazıçısı Mustafa Məsturla görüş keçirilib.
ONA-nın məlumatına görə, görüş "Parlaq imzalar" nəşriyyatının təşkilatçılığı ilə baş tutub.
Mustafa Məstur əsərlərindən, yaradıcılığındakı yenilikdən bəhs edib. Daha sonra oxucuların suallarını cavablandırıb.
Qeyd edək ki, Mustafa Məstur 1964-cü ildə İranda anadan olub. 1990-cı illərdən yazıçılıqla məşğul olur. Onun "Tanrının ay üzündən öp", "Cüzamlı əllər və donuz sümüyü", "Mən sərçə deyiləm" romanları Azərbaycan dilinə tərcümə edilib.