• MƏDƏNİYYƏT

    20:51 22 aprel 2019

“İçərişəhər” Qoruğu İdarəsi: “Görülən işlər zamanı qala divarlarına heç bir zərər vurulmur”

Kiçik Qala küçəsində, qala divarları boyunca görülən işlər qətiyyən tikinti mahiyyəti kəsb etmir, sadəcə şüşə və yüngül metal materialdan ibarət birmərtəbəli kafe-terrasların yaradılması nəzərdə tutulur.

Bu barədə ONA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən məlumat verilib.

Məlumatda deyilir ki, hazırda uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe-terrasların genişləndirilməsi layihəsi həyata keçirilir:

“Bu üslubda təmir-bərpa işləri qala divarlarına heç bir zərər vurmamaqla yanaşı, nə İçərişəhərin, nə də qala divarının dayanıqlığına və görünüşünə xələl gətirir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız idarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilir. Görülən işlər zamanı qala divarlarına heç bir zərər vurulmur, əksinə orada bürclərin möhkəmləndirilməsi işləri aparılır. İçərişəhər insanların yaşadığı ərazi olmaqla yanaşı turistlərin də gəldiyi məkandır. Buna görə də qala divarlarının tarixiliyinə toxunulmadan həmin restoranlar müasir standartlara uyğunlaşdırılacaq, təmir edildikdən sonra daha yaxşı xidmət göstərə biləcəklər”.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR