İmadəddin Nəsiminin anadilli divanının yeni naməlum əlyazma nüsxəsinin surətini əldə edilib.
ONA xəbər verir ki, əlyazma nüsxəsinin surətini AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Türkiyənin Ankara Milli Kitabxanasından gətirib.
Müxtəlif janrlarda yazılmış şeirlərdən ibarət olan 134 səhifəlik divanın əvvəlində kitabın bəktaşi təriqətinə məxsus Mömin Dədəyə vəqf edildiyi barədə qeyd var. Bu nüsxədəki qeyd göstərir ki, Nəsimi bəktaşi təriqətinin nümayəndələri arasında hörmət sahibi olub, onun şeirləri bu mühitdə sevilərək oxunub.
Əlyazma nüsxəsinin əvvəlindəki “Kitabı-Seyyid Nəsimi əl-Hüseyni” sözləri şairin “Hüseyni” təxəllüsü ilə kifayət qədər geniş oxucu kütləsinə məlum olduğunu göstərir.