İran və Azərbaycan musiqiçiləri birgə albom hazırlayır
  • MƏDƏNİYYƏT

  • 11:26 17 May 2019

İran və Azərbaycan musiqiçiləri birgə albom hazırlayır

İranın saz ifaçısı Vəhid Əsədullahi ilə azərbaycanlı pianoçu Məhəmməd Anar Abbasov və  kamança ifaçısı Səlim Abbasovun birgə musiqi albomu buraxılacaq.

ONA-nın Tehran bürosunun məlumatına görə, bu barədə  V. Əsədullahi özü məlumat verib.

Onun sözlərinə görə, hazırda albom üzərində iş gedir.  “Albom sentyabr ayına qədər buraxılacaq və biz Tehranda Azərbaycan sənətkarları ilə birgə konsert təşkil edəcəyik”.

Məlahət Nəcəfova

Teqlər: İran albom ifaçı

OXŞAR XƏBƏRLƏR