• MƏDƏNİYYƏT

    17:14 18 mart 2019

İsmayıl Şıxlının “Məni itirməyin” kitabının təqdimatı olub - FOTOSESSİYA

Martın 18-də "Libraff" kitab mağazasında xalq yazıçısı İsmayıl Şıxlının “Məni itirməyin” kitabının təqdimatı olub.

ONA xəbər verir ki, təqdimatda yazıçının ailə üzvləri, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, məktəblilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Üç alma” nəşriyyatının əməkdaşı Aysel Zahidqızı bildirib ki, kitabda İsmayıl Şıxlının qələmə aldığı bir sıra hekayələr, əfsanələr, o cümlədən cəbhə xatirələri yer alıb: “Məqsədimiz yeniyetmə və gəncləri İsamyıl Şıxılı yaradıcılığı ilə daha yaxından tanış etməkdir. “Məni itirməyin” kitabı “Üç alma”nın Azərbaycan klassikləri seriyasına daxi olan ilk kitablarından biridir”.

Ədibin oğlu Elçin Şıxlı kitab mühitini görəndə çox sevindiyini söyləyib: “Sovet dövründə Bakıda 400-dən çox kitab mağazası var idi. Təəssüf ki, bunların hamısını itirə-itirə gəldik, amma deyəsən, bu sahədə yenidən dirçəlmə başlayır. Çünki, nəhayət, Azərbaycanda kitabla maraqlanan nəsil əmələ gəlir”.

“Məni itirməyin” kitabını çap etdiklərinə görə “Üç alma” nəşriyyatına təşəkkürünü bildirən Elçin Şıxlı qeyd edib ki, nəşriyyat hələ sərəncamın verilməsindən əvvəl bu təşəbbüslə çıxış edib: “Çox yaxşı haldır ki, kitab İsmayıl Şıxlının 100 illik yubileyinin keçirilməsi ilə bağlı Prezidentin verdiyi sərəncam ərəfəsində çıxıb. Bir daha təşəkkürümü bildirirəm, ailəsi olaraq bizim üçün bu kitab gözəl hədiyyədir”.

Daha sonra jurnalist Fərruz Şıxlinski, professor Qulu Məhərrəmli, jurnalist Arif Əliyev, yazıçı Zahid Xəlil çıxş ediblər.

Çıxışlardan sonra məktəblilər “Məni itirməyin” kitabından parçalar səsləndiriblər.

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR