• MƏDƏNİYYƏT

    19:10 24 may 2019

İsrailli kamança ifaçısı: "Habil Əliyev ölümündən bir qədər əvvəl mənə kamança hədiyyə etmişdi"

“Mən həm muğamdan, həm də pop musiqisindən bəhrələnirəm”.

ONA-nın məlumatına görə, bunu israilli kamança ifaçısı Mark Eliyahu bu gün keçirilən mətbuat konfransında deyib. Kamança ifaçısı 20 ildən sonra Azərbaycana gəldiyinə görə çox şad olduğunu bildirib: "Bu ölkə mənə kamançada ifa etməyi öyrədib. Bu ölkə mənə bir musiqiçi kimi nüfuz eləyib. Sabah da Heydər Əliyev adına Respublika Sarayında Azərbaycan izləyicilərin qarşısında çıxacağıma görə xeyli sevincliyəm. Biri gün isə konsertimiz olacaq".

İki günlük səfər çərçivəsində Azərbaycana gəldiyini söyləyən musiqiçi yenidən gəlmək və Azərbaycanı gəzmək istədiyini dilə gətirib.

Mark Eliyahu onun və atasının bəstələrinin Azərbaycan muğamından ilhamlandığını da qeyd edib: "Mən həm muğamdan, həm də pop musiqidən bəhrələnim. Sabahkı konsertdə də mənim və atamın bəstələri səslənəcək".

Habil Əliyevlə tanışlığından danışan kamança ifaçısı 4 yaşı olanda skripka çalmağı öyrəndiyini deyib: "Daha sonra Habil Əliyevin kamançada "Bayatı-Şiraz" ifasını görüb heyrətləndim. Bundan sonra valideynlərimə dedim ki, mən kamançada ifadə etmək istəyirəm. Atam mənə dedi ki, sənin ulu baban bu musiqi alətində ifa edib. Mən başa düşdüm ki, kamança sevgisi mənim genlərimdən gəlir. Valideynlərim məni dövrünün ən gözəl kamança ustası Ədalət Vəzirovun yanına qoydular. Mən ondan kamançada ifa etməyi öyrəndim. Atam Habil Əliyevi, Alim Qasımovu dəfələrlə İsrailə dəvət etmişdi. Biz onunla bir neçə dəfə görüşmüşdük. Habil Əliyev ölümündən bir qədər əvvəl mənə kamança hədiyyə etmişdi. Mən Bakıda yaşayanda biz onlara tez-tez gedərdik. Onun xoş zarafatlarından, şirin söhbətlərindən doymaq olmurdu".

Mirmehdi

Teqlər:

SON XƏBƏRLƏR